Beton Parlatma

 

     Beton Parlatma adlanan yeni texnalogiyamız təzə və köhnə beton örtüklərə parlaqlıq verir. Cilalanmış beton döşəmə çox effektli xarici görünüşə malik olur.Beton parlatma üzlənmə işi deyil, betonun özünün parladılmasıdır.

Cilalanmış beton döşəmənim üstünlükləri.

  • Çox daha möhkəm olması və istifadə müddətinin uzun olması.
  • Təmizləməsinin daha rahat olması və daha aşağı saxlanma xərcləri.
  • Digər keramik döşəmələrdən daha ucuz başa gəlməsi.
  • İşığı əks edərək enerji məsrəflərinə 40% qənaət.
  • İyi və kimyəvi tərkibi yoxdur.
 
Video
 
 

Beton cilalama tətbiq edilən sahələrdə orta istifadə ömrünün, digər yer üstü döşəmələr alternativləriylə müqayisədə qat-qat çox olması, beton cilalama tətbiqlərinin
anbarlarda, istehsal müəsisələrində, böyük mağaza və marketlərdə, ofis binalarında, otellərdə, xəstəxanalarda, restoranlarda məktəblərdə, avtoparklarda və dövlət binalarında seçim edilməsinin ən əhəmiyyətli səbəbidir. Yaxın zamanda parlaq beton texnologiyası, ev zəminlərini hətta mətbəx mebellərində də tətbiq olunmağa başlanmışdır.

 

 
Bizim şirkət Avropa istehsalı olan yüksək texnologiyalı avadanlıqlardan istifadə edir.